Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2016

Səfalətə yuvarlanan təqaüdçülər

210 manatın ümidinə qalanlar prezidentə necə etibar edə bilər?

Bir neçə gün öncə “Rəy” Monitorinq Mərkəzi növbəti “sorğu”sunu keçirdi və bu sorğuda Ilham Əliyevin 97 faiz səs yığdığı bildirildi. Yəni, sorğuda iştirak edənlərin 97 faizi Ilham Əliyevə etibar etdiklərini bildiriblər. Təbii ki, bu “97 faiz nəticə” cəmiyyətdə ironiya ilə qarşılandı və Ilham Əliyev bu nəticəni göstərməsi üçün heç bir əsasın olmadığı sübuta yetirildi.

Əgər ölkədə 2.5 milyon insan kredit borcu ödəyirsə, təkcə 2015-ci ildə 41 min daşınmaz əmlak girov qoyulubsa, iki dəfə devalvasiyadan sonra vətəndaşa heç bir güzəşt edilməyibsə, qiymətlər kəskin bahalaşıbsa, işsizlik və yoxsulluq səviyyəsi artıbsa, mövcud hakimiyyətə etibar etmək üçün heç bir səbəb yoxdur.


Bugünlərdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təqaüdlərlə bağlı yeni statistikanı açıqladı. Məlum oldu ki, Azərbaycanda əmək pensiyası alnaların sayı 1303252 nəfərdi. Əmək pensiyası ilə təmin olunanların 781576 nəfəri yaşa görə, 375884 nəfəri əlilliyə görə, 145792 nəfəri ailə başçısının itirlməsinə görə pensiya alır. Ən mühüm isə budur ki, yaşa görə pensiyaların orta aylıq məbləği artaraq 210 manat, əmək pensiyalarının orta aylıq məbləği artaraq 189 manata çatıb.

Onu da qeyd edək ki, son dövrlər təqaüd yaşına çatanlarla bağlı iki qərar verildi. Birincisi, təqaüd yaşına çatanların işdən azad edilməsi, ikincisi isə təqaüdçülərə kredit verilməməsi ilə bağlıydı.

Beləliklə, ortayan çıxan nəticə budur ki, bir milyondan artıq təqaüdçü 190-210 manatla dolanmalıdır. Bu pulla həm yemək, həm geyim, həm müalicə, həm istirahət, həm kommunal xərclərini ödəməlidilər. Bəli, devalvasiya nəticəsində 100 faiz dəyərdən düşmüş 210 manatla sadə vətəndaş bütün zəruri ehtiyaclarını qarşılamalıdır.

“Sürətli” inkişafın, “uğurlu” siyasətin nəticəsi budur. Yüz milyardlarla neft pulunun axdığı ölkədə vətəndaş 150-200 manatın ümidinə qalıb. Belə olan halda ölkə vətəndaşı niyə Ilham Əliyevə səs verməlidir? Bugünə hakimiyyətin xalqa yönəlik hansısa addımı müşahidə olunubmu?

Hakim ailədən tutmuş kiçik məmura qədər bütün komanda qızıla bürünübsə, aclıq və səfalət içində inləyən insanlar bu hakimiyyətə ancaq nifrət edə bilərlər.

Təqaüdçünü 210 manatın ümidinə buraxmaq, onu zillətlə üz-üzə buraxmaq anlamına gəlir./azadlıq/
637 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber