Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2016

İraq, İran, Türkiyə və Pakistan parçalanmalı... – “Böyük İsrail” planının DETALLARI

“Suriya, İraq və Yəməndə baş verən döyüşlər “Böyük İsrail”i hədəfləyən sionist planının parçasıdırmı?”

Bu sual Kanadanın “Global Research” nəşrində dərc olunan bir yazıda verilib.

Yazıda qeyd olunur ki, “Böyük İsrail”in qurulması planı hazırda iqtidarda olan Benyamin Netanyahu hökumətinin ortağı Likud Partiyasının həyata keçirdiyi siyasətin təməl daşlarından biridir. Nəşr qeyd edir ki, İsrail ordusu və kəşfiyyatı da bu planı həyata keçirmək üçün hərəkət edir.

“Sionizmin banilərindən sayılan Teodor Herzlə görə Yəhudi dövləti Misirin deltasından Fərat çayına qədər uzanır. 2006-cı il Livan müharibəsini, 2011-ci il Liviyaya müdaxiləni, Misirdəki rejim dəyişikliyini, həmçinin İraq, Suriya və Yəməndə hazırda davam edən döyüşləri qiymətləndirəndə Yaxın Şərq üçün həyata keçirilən sionist planların mahiyyəti aydın olur. Qonşu ərəb ölkələrinin zaman içində zəiflədilməsi və nəticədə parçalanması İsrailin həyata keçirdiyi planın bir parçasıdır. Sionist plan yəhudi yaşayış məntəqələrinin salınmasını dəstəkləyir. Bu plan çərçivəsində fələstinlilərin Fələstindən çıxarılması və nəticədə Qərbi Şeria və Qəzzanın tamamilə fələstinlilərdən təmizlənilməsi planlaşdırılır”, - nəşr qeyd edir.

“Global Research” nəşrinin yazdığına görə, “Böyük İsrail”in yaradılmasından sonra “əlaltı dövlətlər” yaradılacaq. Bu dövlətlər Livan, Suriya, İordaniya, İraq və Səudiyyə Ərəbistanıdır.

Qeyd olunur ki, İsrailin regional üstünlüyünü təmin etmək üçün hazırlanan strateji Yinon Planı İsrailin qonşusu olan ərəb ölkələrini zəif və kiçik dövlətlərə çevirməyi nəzərdə tutur: “İsrailli strateqlər bir ərəb dövləti olaraq İraqı özlərinə ən böyük strateji mane görürlər. Plana görə, İraq İsrailin Yaxın Şərq və ərəb dünyasını balkanlaşdırma siyasətinin tam mərkəzindədir. Yinon Planı çərçivəsində İraqın kürd, sünni və şiə dövlətlərinə bölünməsi əksini tapıb. Bu parçalanya nail olmaq üçün İraq və İran arasında müharibəyə ehtiyac var. İraqla yanaşı, Yinon planında Livan, Misir və Suriyanın da bölünməsi də var. Bunlardan sonra İran, Türkiyə, Somali və Pakistanın da parçalanması hədəf seçilib./publika/
611 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı