Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2016

Avropa Liqasında yarımfinal həyəcanı

Bu gün futbol üzrə Avropa Liqasının finalçıları müəyyənləşəcək.

Finala vəsiqə uğrunda iki İspaniya, İngiltərə və Ukrayna klubu mübarizə aparır.

İngiltərənin “Liverpul” klubu doğma meydanda “Vilyarreal”ı qəbul edəcək. İlk görüşdə 1:0 hesablı qələbə qazanan İspaniya təmsilçisinə qalib gəlmək üçün ingilislər qapısını toxunulmaz saxlamaq şərti ilə 2 qol vurmalıdır.

Digər oyunda isə “Sevilya” İspaniyada Ukrayna “Şaxtyor”unu qəbul edəcək. Meydan sahiblərinə finalda iştirak etmək üçün qolsuz və minimal hesablı heç-heçə də kifayət edir.

Qeyd edək ki, final görüşü mayın 18-də keçiriləcək.
574 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...