Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2016

Azərbaycanda yanacaqdoldurma məntəqəsinə basqın

İşçini döydülər, pul apardılar

Şirvanda yanacaqdoldurma məntəqəsinə basqın olub, məntəqənin operatoruna xəsarət yetirilib.

İki naməlum şəxs mayın 4-dən 5-nə keçən gecə Hacıqabul-Bəhrəmtəpə magistralının üstündə, Şirvan şəhəri ərazisində yerləşən “Nur” yanacaqdoldurma Məntəqəsinə basqın edərək, məntəqənin əməkdaşı, Sabirabad rayonu Qaragüney kənd sakini, 1987-ci il təvəllüdlü Əhmədov Elvin Əzim oğluna ağır bədən xəsarətləri yetirib.

Basqınçılar kassadan 453 manat götürərək qaçıblar.

E. Əhmədov burun sümüyünün sınığı və digər xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib, ona ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Polis hadisəni tərədənlərin tapılması istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirir./apa/
725 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.17, 14:42
Şəhidimiz dəfn edildi
14.12.17, 14:42
Ordumuz şəhid verdi
14.12.17, 09:31
İSRAİLİN SONU - VİDEO
13.12.17, 11:31
“WhatsApp”dan 4 yenilik
12.12.17, 16:12