Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2016

"WhatsApp"dan daha bir sürpriz

Dünyada gün keçdikçə daha sürətlə yayılan ani mesajlaşma sistemi olan "WhatsApp" daha bir yenilik ərəfəsindədir.

Mobil telefonlardan sonra indi də kompüterlər üçün xüsusi tətbiq hazırlanır. Çox yaxın zamanda tətbiq istifadəçilərin xidmətinə veriləcək. Yəni kompüter qarşısında oturaraq "WhatsApp"la səsli və görüntülü danışıq mümkün olacaq.

"WhatsApp" bu proqramla bağlı hələlik hər hansı açıqlama verməyib. Amma onun daxil olduğu "Facebook"dan bu xəbər dolayısı yolla təsdiqlənib.

Yeni tətbiq hazırda ən geniş istifadə edilən görüntülü danışıq proqramı olan "Skype"a rəqib ola bilər. Belə ki, eyni işi görən iki proqram arasında "WhatsApp"ın daha güclü olacağı istisna edilmir. Buna səbəb isə onun həm smartfon, həm də kompüterlərdə istifadəsinin daha asan olmasıdır.

"WhatsApp" smartfonlar üçün ani mesajlaşma mübadilə sistemidir. Mətn mesajlarını, təsvirləri, videonu və audionu göndərməyə imkan verir. Messenceri yaratmış şirkətin 2009-cu ildə Cen Koum və Brayan Akton tərəfindən əsası qoyulub. Şirkətin mərkəzi ofisi Santa-Klara Kaliforniya ştatında yerləşir.

Bir neçə il öncə bu sistem "Facebook" tərəfindən satın alınıb. Məhz bundan sonra sistemdə bir çox yeniliklər edilib, hazırda onun istifadəçi sayı milyonlarladır./ans/
499 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber