Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2016

Ceyşul-İslamın ölmüş liderindən qalan etiraflar: Ərəbistan bizə maddi dəstək verir

Ötən gün sosial şəbəkələrdə “Azad Suriya Ordusu”na bağlı terrorçu qruplaşmaların və Ceyşul-İslam terrorçu qrupunun rəhbərlərinin məxfi iclasını göstərən yeni video yayıldı. Videoda Əlvəşin öz hamilərindən aldığı 12 milyon dollara sahiblik uğrunda söz-söhbət gedir.
Ceyşul-İslamın ölmüş başçısı Zəhran Əlvəş qarşı tərəflərin etirazlarına cavab olaraq deyir: “Mən Qutə (Dəməşqin şərq regionu) komandiriyəm və bu məbləği necə xərcləmək barədə özüm qərar çəxaracağam”. Bu məbləğin onun qruplaşmasına ayrıldığını deyən terrorçu vurğulayır: “Ceyşul-İslamı 5 ildir ki, dəstəkləyən himayətçilərim vardır. Mənim onlarla görüşümdə bu məbləğ Ceyşul-İslamın ixtiyarında qoyulub”.
Bundan qabaq isə o, Ceyşul-İslamın əlində olan silah-sursatın 90 faizinin Suriya ordusundan qənimət kimi götürdüyünü, 10 faizinin isə qara bazardan əldə etdiyini iddia edirdi.
Videoda Ərəbistan və Qətər kimi region ölkələrinin Suriya böhranının qızışmasında birbaşa müdaxiləsi olduğu üzə çıxır. Qeyd edək ki, bir müddət öncə Qətərin sabiq xarici işlər naziri də mətbuata verdiyi müsahibəsində Suraya münaqişəsinin şiddətləndə Ərəbistan və Qətərin birbaşa əli olduğunu açıqlamışdı.
918 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:07
Suriya