Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2013

ANS Tağı Əhmədovu yenə "vurdu"

"Təəssüf ki, Tağı müəllim metropoliten kimi ciddi strateji bir qurumun rəhbəri olduğunu yaddan çıxarıb və mətbuata müharibə elan edib"

ANS Bakı metrosunun rəisi Tağı Əhmədova daha bir süjet həsr edib. Həmin süjetin mətnini və videosunu təqdim edirik:

"Bakı metrosu bizi təəccübləndirməkdə davam edir. Eyni aqibətlə Tağı Əhmədov da deyə bilərik. Birincisi ona görə ki, son üç gündə metroda ikinci dəfə ciddi "ÇP" yaranıb. İkincisi ona görə ki, baş verənləri metropoliten rəisi Tağı Əhmədov sükutla seyr etməkdədir. Adam mətbuatdan küsüb. And içib ki, heç kimə açıqlama verməyəcək. O gündən də andına sadiqdir. Başa düşürük, Sadiq onun təxəllüsüdür və o, Tağı Sadiq təxəllüsü ilə gözəl sevgi şerləri yazır.

Amma Tağı müəllimin qəlbində millətə sevgi də olmalıdır və bu sevgi ilk növbədə özünü millətin böyük bir qisminin gündəlik istifadə etdiyi metropolitenin işində göstərməlidir. Təəssüf ki, Tağı müəllim metropoliten kimi ciddi strateji bir qurumun rəhbəri olduğunu yaddan çıxarıb və mətbuata müharibə elan edib. Bu səbəbdən də heç kim metroda nə baş verdiyini araşdırıb ortaya çıxara bilmir. Metroda isə hər gün nəsə baş verir. Məsələn, dekabrın 20-də "Dərnəgül"-"Həzi Aslanov" istiqamətində qatarların ləngiməsi belə bir mənzərəyə səbəb olmuşdu.

Qısası, səhər tezdən hamının işə tələsdiyi bir vaxtda metropoliten rəsmilərinin təbirincə desək, proqram təminatında yaranan problem hamının probleminə çevrildi. Qatarların yarım saat tuneldə qalması nəticəsində insanlar işə gecikdi, işə gecikmələr oldusa, deməli, əmək haqları tutuldu, tuneldə qorxudan, stressdən ürəyi tutanlar da oldu, amma Tağı Əhmədovun adminstrasiyası bunu əlində rəhbər tutub metronun işinə ciddi yanaşmadı.

Nəticədə dekabrın 22-si saat 23 radələrində metroda yenə qatarların işində fasilə yarandı. ANS PRESS-in məlumatına görə, ötən gecə "Memar Əcəmi"-"Həzi Aslanov" istiqamətində sərnişinlər azı 15-20 dəqiqə ərzində qatar gözləməli olublar. Elə bu gün dekabrın 23-də də günorta saatlarında eyni xətt üzrə ləngimələr olub.

Açığı, baş verənlər adamı qorxudur. Şəxsən mən hər gün metrodan istifadə edən biri kimi artıq metroya düşməyə tərəddüd edirəm. Tağı Əhmədovun tərədüddü isə dediyimiz kimi, mətbuatla bağlıdır. Belə vəziyyətlərdə o ən azı çıxıb açıqlama verməlidir. Amma o, nəinki açıqlama verir, heç telefon zənglərinə də cavab vermir. Məsələn, bu gün səhər tezdən dəfələrlə etdiyimiz zənglərə "Tağı müəllim iclasdadır", "Tağı müəllim məşğuldur" və s. bu tipli cavablar eşitdik. Bİzsə Tağı Əhmədovdan açıqlama istəyirik. Bir də bu sualımıza cavab: Metroda nə baş verir? İnsanlar hələ çoxmu bu vəziyyətdə getməlidir?

Bəlkə qatarlar arası intervalı pozduğunuz kimi sükutu da pozasınız..."/ans/
1531 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı