Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2016

Əsəddən Putinə: “Hələb bizim Stalinqraddır”

Suriya Prezidenti Bəşər Əsəd rusiyalı həmkarı Vladimir Putinə 9 May – Qələbə günü münasibəti ilə təbrik məktubu göndərib.

Suriya lideri cihadçı qruplaşmaların döyüş meydanına çevrilən Hələb şəhərini Stalinqrada (indiki Volqoqrad – red) bənzədib:

“Stalinqrad Hələb və bütün Suriya şəhərləri üçün qiymətlidir. Suriya təcavüzkarlar məğlub və son zəfər bizim olana qədər döyüşməyə davam edəcək”.

Xatırladaq ki, 23 avqust 1942-ci ildən 2 fevral 1943-cü ilə qədər davam edən Stalinqrad döyüşü II Dünya müharibəsi dövründə ən böyük hərbi əməliyyatlardan biri olub. Bu döyüşdə faşist general-feldmarşalı Fridrix Paulus başda olmaqla 6-cı alman ordusunun (300 min əsgər) böyük əksəriyyəti donvurmadan ölüb, 91 min əsgər isə şaxtalara dözməyərək əsir düşüb.
548 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 10:58