Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2016

Qəhrəmanın qatilini xalq bağışlaya bilərdi!

Azəri pəhləvan Ruhullah Dadaşının qətli yaddan çıxmır

Hadisə beş il öncə baş vermişdi. Məşhur İran pəhləvanı (powerlifter, bodybuilder) Ruhullah Dadaşı iclasdan çıxmışdı, şəxsi avtomobilində həmkarları ilə yol gedirdi. Yolda onun avtomobilinə sürtünən avtomobili sərxoş yeniyetmələr idarə edirdi. İstintaq araşdırmasından aydın olan budur ki, yeniyetmələrdən biri, 17 yaşlı Əlirza Mollasultani mübahisə zəminində Ruhullah Dadaşını boğazından bıçaqla vurub və hadisə yerindən qaçıb. İdmançı aldığı bıçaq zərbəsindən dünyasını dəyişib. Məhkəmənin hökmü ilə qatil edam edilib. Edamın icrasında minlərlə insan iştirak edib.
İrandakı edam hökmlərini siyasi təzyiq vasitəsinə çevirən Amerika və Avropa bu edamı da etirazla qarşılayıb. Avropa Birliyinin birinci xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Ruhullah Dadaşının qatilinin edamına qarşı geniş kampaniya aparıb. Amma idmançının qardaşı bu edamı cəmiyyətin təhlükəsizlik zəmanəti kimi dəyərləndirir. Qardaşının qətli ilə bağlı müsahibədə bildirir ki, məşhur idmançılar xalqın övladlarıdır və qatili xalq bağışlaya bilər. Xalq isə edam səhnəsinə toplaşıb hökmün icrasını tələb edirdi. Edam yalnız bir layəqətsiz insanın həyatına son qoymur, həm də minlərlə potensial qatilə mesajdır.

Vilayet.info
475 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi