Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2016

Ərəblərin Nostradamusu: Saat qülləsi Kəbənin üstünə aşacaq

Tanınmış misirli astronom Əhməd Şahin Misirin Tiran və Sənafir adalarının Ərəbistanın mülkiyyətinə verilməsinə Tövratın “Çıxış” kitabında işarə edildiyini deyib. Onun sözlərinə görə 2016-cı ildə gənc və təcrübəsiz ərəb şahzadəsi xilafəti ələ keçiricək və bu hadisə Kəbə üzərində saat qülləsinin süqutu ilə müşayiət olunacaq.
Mətbuata verdiyi müsahibəsində astronom Səudiyyə Ərəbistanında pis və xoşagəlməz işlərin baş verdiyini vurğulayıb. O, həmçinin evlər üzərində homoseksualların bayrağının ucalması, görünməmiş selin gəişi, şahzadənin amerikalı reperin arvadı ilə cinsi əlaqəyə girmək üçün ona xalq büdcəsindən 10 milyon dollar təklif etməsini baş verəcək pis əlamətlər sırasında qeyd edib.
Əhməd Şahin deyib: “Mən bu hadisələrə, astronomiyadan əldə etdiyim biliklərə və mütaliə etdiyim qədim kitablara diqqət etməklə deyə bilərəm ki, gənc fasid şahzadə dəhşətli və mənfur cinayətlər törətməklə atasından sonra xilafəti ələ keçirəcək və Kəbənin yaxınlığındakı göydələnlər aşacaq. Bütün bu hadisələr Qız bürcündə Şəhrivər ayında həcc mövsümü zamanı baş verəcək”.
544 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber