Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2013

Sumqayıtın icra başçısı çətin durumda

Eldar Əzizov prezidentin şərəfinə bişirilən tort hazır edə bilməyən aşbazları cəzalandırıb; konsertdə oxumaları üçün müğənnilərə ikiqat pul təklif edib
Dekabrın 24-də İ.Əliyevin doğum günü münasibəti ilə Sumqayıtda təqdim olunacaq tortu bişirən aşbazlar işdən çıxarılıb. Musavat.com-un əldə etdiyi məlumatda deyilir ki, Sumqayıtın icra başçısı Eldar Əzizov tortu vaxtında təhvil verə bilməyən aşbazların işdən çıxarılması və maaşlarının kəsilməsi ilə bağlı göstəriş verib.

Eldar Əzizov tortun 29-a kimi hazır olması barədə göstəriş verib. Eyni zamanda tapşırıb ki, prezidentin ad günü ilə bağlı konsert proqramı təşkil olunsun. Mügənnilərin çoxunun həmin günlə bağlı planları olduğundan konsert proqramı ilə bağlı böyük əngəllər yaranıb. Lakin E.Əzizov müğənnilərə konsertə oxumaları qarşılığında alacaqları pulun iki qatını təklif edərək onları razı salıb.
1639 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber