Şrift ölçüsü:
A+
A
A-
Kr
07 May 2016

Futbolçu oyun zamanı meydanda öldü

Rumıniya futbol çempionatında oyunlardan biri zamanı faciə yaşanıb. Dinamo Bükreş-Viitorul Konstanta qarşılaşmasında birinci komandanın oyunçusu Patrick Ekeng meydançada yıxılaraq həyatını itirib.

Dinamo Bükerşin Kamerunlu oyunçusu 63-cü dəqiqədə meydanın mərkəzində mübarizəsiz və topsuz şəraitdə qəfildən yerə çökərək yıxılıb. Hakim oyunu dərhal saxlayıb və həkimlər meydana daxil olub. 2 dəqiqə sonra oyunçunu təcili yardım maşınına qoyublar. Lakin bütün səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 26 yaşlı Ekeng meydanda keçirdiyi ürək çatışmazlığından dünyasını dəyişib.

Dinamo Bükeş komandası 2000-ci ildə də bənzər faciə yaşamışdı. O zaman da komandanın kapitanı Katalin Hildan oyun zamanı keçirdiyi ürək çatışmazlığından meydandaca vəfat etmişdi.
549 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:06