Şrift ölçüsü:
A+
A
A-
Kr
07 May 2016

Azərbaycanda məmur istefaları iqtisadiyyatı niyə çalxalamır?

Ekspertlərə görə, buna səbəb Azərbaycan iqtisadiyyatının tam iqtisadi əsaslar üzərində olmamasıdır

Türkiyənin baş naziri Əhməd Davudoğlunun istefa verəcəyi ilə bağlı yayılan xəbərlərdən sonra türk lirəsi ABŞ dollarına nisbətən kəskin ucuzlaşdı. Baş verən olay Türkiyənin qiymətli kağızlar birjasına dərhal təsir etdi.

Türkiyənin milli valyutası dollara qarşı 3,9% zəifləyib ki, bu da 2008-ci ildən etibarən ən kəskin ucuzlaşma sayılır.

Amma maraqlı məqam ondan ibarətdir ki, Azərbaycanda da oxşar hadisələr baş versə də, ölkə iqtisadiyyatı buna reaksiya verməyib. Elə son olayları xatırlatmaq yerinə düşər. Azərbaycanın ən iri banklarından birinin rəhbərliyi həbs olunur və mili təhlükəsizlik naziri vəzifəsindən azad edilir. Amma bu hadisələrin iqtisadiyyata, manatın məzənnəsinə təsiri olmur. Fərad və Rafiq Əliyev qardaşlarının da həbsi iqtisadiyyata təsirsiz keçmişdi.

Bəs, buna səbəb nədir?

İqtisadçıların fikrincə, Azərbaycan iqtisadiyyatının istefalara, nazirlərin həbsinə heç bir reaksiya verməməsi təsadüfi deyil. Türkiyə iqtisadiyyatının Azərbaycandan fərqli olaraq dünya iqtisadiyyatına daha çox inteqrasiya olunması, ölkə daxilində və xaricdə baş verən proseslərin iqtisadiyyata təsir etməsinə səbəb olur. Türkiyədə oturuşmuş qiymətli kağızlar bazarı var və bu bazar siyasi qərarlara çox həssasdır. Amma Azərbaycanda iqtisadiyyat tam iqtisadi əsaslar üzərinə gətirilməyib. Eyni zamanda Azərbaycan mili valyuta bazarının idarəçiliyi inzibati metodlar əsasında həyata keçirilir. Manatın dəyəri tələb və təklif əsasında dəyişmir. Mərkəzi Bank manatın məzənnəsinə nəzarət edir./azadliq/
514 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı