Şrift ölçüsü:
A+
A
A-
Kr
07 May 2016

Soğan TIR-ında aparılan 6 ton silah kimindir?

Türkiyədə aparılan istintaq zamanı İŞİD üçün silah daşıyan TIR-ı ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Məhmətcik TV xəbər verir ki, hadisədən dərhal sonra Nuri Gökhan Bozqır adlı şəxs axtarışa verilib.

Araşdırma zamanı Bozqırın İŞİD-lə əlbir olduğu üzə çıxıb.

Nuri Gökhan Bozqır bir müddət öncə Qırğızıstanda “Dnsdefence” adlı beynəlxalq silah şirkəti yaradıb. Bu şirkət İstanbulda da fəaliyyət göstərib.

Lakin TIR yaxalandıqdan sonra şirkətin İstanbul filialı fəaliyyətini dayandırıb, şirkətin internet səhifəsi (http://www.dnsdefence.com) bağlanıb.

Xatırladaq ki, aprelin 26-da Şanlıurfadan Suriyaya terrorçular üçün silah aparan TIR sərhəddə saxlanılıb. Axtarış zamanı TIR-da 6 ton silah-sursat aşkar edilib. Silah soğan yükünün arasında gizlədilib.

Hadisə ilə bağlı 9 nəfər həbs olunub./axar/
560 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP