Şrift ölçüsü:
A+
A
A-
Kr
07 May 2016

Dırnaq göbələyinin təbii müalicə üsulları

Yayda ən geniş yayılmış problemlərdən biri də dırnaq göbələyidir. Dırnaq göbələyi həm görünüş, həm də sağlamlıq baxımından olduqca narahat edici vəziyyətdir.

Dırnaq göbələyinin əlamətləri nələrdir?
Dırnaqlarınızda göbələk infeksiyası varsa, bunu pis ayaq qoxusundan anlaya bilərsiniz. Bundan başqa, dırnaqlarda sarı-yaşıl və ya qəhvəyi rənglərə rast gəlinərsə, dırnaq altında çirk yığılarsa, bu, dırnaq göbələyinin əlamətidir.
Dırnaq göbələyi yoluxucudur. Göbələk infeksiyasının başqasına keçməsinin qarşısını almaq üçün çox diqqətli olmaq lazımdır. Məsələn, manikür dəstindən, ayaqqabıdan, üzmə hovuzundan, hətta duş kabinindən başqa adamın istifadəsi doğru deyil.

Dırnaq göbələyi necə müalicə edilir?
Dırnaqdakı göbələk infeksiyası özbaşına sağalmır. Lakin xəstəliyi bəzi təbii müalicə üsulları ilə yüngülləşdirmək mümkündür.
Ayaqlarınızı hər gün 15 dəqiqə sirkəli suda saxlayın. Bu, xəstəliyə səbəb olan göbələyin yaşadığı və inkişaf etdiyi yerdə-dırnaq yatağında olan göbələyi aradan qaldırar.
Çay ağacı yağını gündə iki dəfə göbələkli bölgəyə çəkin və bintlə sarıyıb gözləyin.
Gündə 2 dəfə ən az karbonatlı su ilə yuyun.
Hər gün səhər və axşam yatmazdan əvvəl hind qozu yağı sürtün.
Problemli bölgəyə hər gün 1 – 2 damcı oksigenli su tökün.
Evdə olduğunuz vaxtlarda ayaqların yaxşı hava alması üçün üstü açıq və rahat ayaqqabı geyinin.
628 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber