Şrift ölçüsü:
A+
A
A-
Kr
07 May 2016

“Murdar ət satışını Şeyxin yaxın adamları himayə edir” – sensasion iddia

Leş mafiyasının qara əməlləri haqda yeni şok faktlar; mənşəyi bilinməyən ət məhsullarının satışını həyata keçirən şəbəkə, deyilənə görə, Allahşükür Paşazadənin adamları ilə anlaşıb; hörmətli Şeyximiz bu faktı bilsə... 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a son müsahibəsində “leş mafiyası”nı yalnız Hacı Allahşükür Paşazadənin durdura biləcəyini söyləyib. Eyyub Hüseynov kifayət qədər məlumatlı adamdır və onun müsahibəsində verdiyi ipucları bizi bu istiqamətdə araşdırma aparmağa sövq etdi. 

Yada salaq ki, kolbasa və sosis məmulatlarına sertifikat verən qurumlar arasında Hacı Allahşükür Paşazadənin rəhbərli olduğu qurum da var. “Halallıq sertifikatı” adlanan sənəd  laboratoriya analizləri olmadan verilir. İllər öncə halallıq sertifakatı ilə bağlı mətbuatda geniş müzakirələr aparıldı. Mütəxəssislər, dindarlar Qafqaz Müsəlmanları İdarəsinin hansı qida məhsuluna halallıq sertifakatı verməsini doğru saymadıqlarını dedilər. 

Lakin tənqidlər QMİ-ni sertifikat biznesindən çəkindirmədi. Əslində Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi qurumun “halallıq sertifikatı” adlanan kağız parçasının heç bir hüquqi və tibbi əsası yoxdur. Heç mənəvi əsası da yoxdu. Çünki ət lobarator şəraitdə yoxlanıldıqdan sonra sertifikatlaşdırıla bilər.

Verilən məlumata görə, “leş mafiyası”na dəstək verənlərin sırasında Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyx Hacı Allahşükür Paşazadənin yaxın çevrəsindəki şəxslərin adları hallanır. Bu məlumatın nə dərəcədə doğru olmasını yoxlamaq imkanlarımız xaricindədir. İddia etmirik ki, bu məsələdə hörmətli Şeyximiz bilavasitə  günahkardır. Ola bilər ki, onun himayəsindəki bəzi adamlar Şeyxin nüfuzundan və imkanlarından istifadə edərək leş ətlərin biznesi ilə məşğul olan şəbəkəyə dəstək verir, onları öz şəmsiyyələri altına alır. 
Azərbaycanda vəzifəli, nüfuzlu şəxslərin bəzən özlərinin belə xəbəri olmadan ətraflarındakı şəxslər bu cür çirkli işlərə girişib para qazanırlar. 


Redaksiyamıza daxil olan məlumata görə, "leş mafiyası"nın ciddi maliyyə dövriyyəsi var. Onlar öz toxunulmazlıqlarını təmin etmək üçün kimlərinsə qoruması altına girir. Yoxsa o yağlı tikəni onlara kimdir yedizdirən... Kolbasa-sosis istehsalı və satışı iqtisadiyyatın digər sahələri kimi kimlərinsə inhisarındadır ki, kilosu 1-2 manata alınan murdar ət sonradan bər-bəzəkli bükülülərdə piştaxtalarda 5-6 manata istehlakçıya təklif olunur. Belə ətin hər kilosundan əldə olunan gəlir ayda milyonlarla manat dövriyyəni formalaşdırır. Bu sahənin nəzarətsiz olması da bu baxımdan inandırıcı deyil. Digər tərəfdən, mətbuatda silsilə yazıların davam etməsinə baxmayaraq, “leş mafiyası” heç cür zərəsizləşdirilmir. Belə görünür ki, murdar ət alveri edənlərə ciddi şəkildə “krışa”lıq edən nüfuzlu, vəzifəli şəxslər var. 

Ümumiyyətlə isə son 10 ildə mətbuatda bu mafiyanın varlığı haqda xeyli yazılar dərc olunub. Belə bir halda murdar ət alverçilərinin əl-qol açması, rayonlarda günün günorta çağı at-eşşək oğurluğu faktlarının qeydə alınması, gözdən-könüldən uzaq zibilliklərdə  təkdırnaqlı heyvan başlarının aşkarlanması, hətta ölmüş heyvan cəsədlərinin zibilliklərdən yığılması faktları bitib-tükənmək bilmir. Daxili İşlər Nazirliyi son 1 ayda bir-birinin ardınca bu istiqamətdə bir neçə əməliyyat keçirib, tonlarla murdar ət dövriyyədən çıxarılıb. Təəssüf ki, çirkin və qorxulu prosesin kökünü birdəfəlik qazıyıb axırına çıxmaq mümkün olmur. 

Xatırladaq ki,  2014-cü il iyulun 11-də Gürcüstan Daxili İşlər Nazirliyi Qafqaz marşrutu üzərindən Avropaya daşınan ən iri narkotik partiyası - 2 ton 790 kiloqramlıq heroin qaçaqmalçılığını önləyən əməliyyat keçirdi. Gürcüstan DİN əməliyyatla bağlı ilkin məlumatı yaymaqla kifayətləndi. Həmin narkotik qaçaqmalçılığı ilə bu gün bilinən odur ki, 170 milyon dollar qiyməti olan mal Azərbaycan üzərindən daşınıb. 2 ton 790 kiloqram saflaşdırılmış əfqan mənşəli heroin Azərbaycana İran Astarasından daxil olub. Sərhədin bu tayında isə maye halında olan heroin “Azərcənub” MMC-nin yük məntəqəsində qablaşdırılaraq ölkəmizin ərazisində başqa adla daşınıb. 


Məlumat üçün deyək ki, Astaradan ölkəmizə daxil olan və İrana gedən bütün maşınlar istisnasız olaraq “Azərcənub” MMC-nin ərazisindən keçmək məcburiyyətində qalır. Azərbaycan gömrük-keçid məntəqəsinə də məhz bu ərazidən keçməklə daxil olmaq mümkündür. Beləliklə, MMC bir növ Astaradan İrana və geriyə olan yolu faktiki olaraq inhisara alıb.

Zaman-zaman bu MMC-nin Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadəyə aid olması haqda məlumatlar yayılıb. Bu məsələ qəzetlərdə dərc olunandan sonra C.Paşazadə MMC-nin vaxtilə ona məxsus olduğunu təsdiqləmişdi. Demişdi ki, narkotik daşımaçılığı yaxşı iş deyil. 
580 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı