Şrift ölçüsü:
A+
A
A-
Kr
07 May 2016

Şimali Koreya atom bombası atacaq

Şimali Koreya atom bombasının sınağına hazırlaşır.

Bu barədə ABŞ-da yayımlanan “38 Nors” saytı məlumat yayıb.

Sayt peykdən alınan görüntülərə istinad edərək sürətli hazırlıq işləri getdiyini yazıb. Bomba yerin altında sınaqdan keçiriləcək.

Xəbərdə qeyd olunur ki, sınaq “Punggye-ri” nüvə təsisindən təxminən 6 kilometr uzaqlıqda baş tutacaq. Sınağın dəqiq tarixi deyilməsə də, yaxın günlərdə keçiriləcəyi təxmin edilir.

Xatırladaq ki, Cənubi Koreyanın Prezidenti Pak Kın He Şimali Koreyanın istədiyi an nüvə sınağı keçirəcəyini açıqlamışdı./axar/
586 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...