Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2013

Ali AĞAOĞLU: “Mən o işi başbakana gördürdüm”

Ali Ağaoğlu: “Mən işi başbakana gördürdüm. Açıq və təmiz danışıram. Eləmədiniz, görmədiniz, Kadir bəyə söylədim, bir şey çıxmadı, mən də getdim BÖYÜK PATRONA, o da NAZİRƏ TƏLİMAT VERDİ”.
Taraf qəzeti bu gün korrupsiya əməliyyatı ilə bağlı daha bir səs yazısının deşifrəsini yayıb.
İddialara görə texnik izləmə nəticəsində lentə alınan danışıqlar içində iş adamı Ali Ağaoğlu ilə Ətraf Mühit ve Şəhirçilik naziri Erdoğan Bayraktar arasındakı danışıq da var.

Üzərində fabrikə və daşınmaz əmlaklar olan Veliefendi Hipodromunun qarşısındakı 70 hektarlıq ərazini 2011-ci ildə satın alan Ali Ağaoğlu, 2012-də İstanbul Büyükşəhər Bələdiyyə Məclisinə baş vurarak ərazinin memarlıq planının dəyişdirilməsini istəyir. Ağaoğlunun dəyişiklik təklifində 40 hektarlıq park ərazisinin 25 hektara düşürülməsi, inşaat ərazisinin isə 190 hektara qaldırılması nələb edilirdi. Tələb İBB Məclisi tərəfindən yekdilliklə rədd edilir.

Yuxarıda bəhs edilən səs yazısına görə Ağaoğlu İstanbul bələdiyyəsindən aldığı şok zərbədən sonra özünü itirmir və bu dəfə birbaşa Ərdoğanın özünə çıxır.

Daha sonra İstanbul bələdiyyəsindən Timur adlı şəxs Ağaoğluna zəng edərək onun tikdirdiyi binanın yüksəkliyinin (70 m) bələdiyyə standartları ilə ziddiyət təşkil etdiyi barədə rəhbərliyin iradını çatdırır. Cavabında isə Ağaoğlu sitəmkar bir dillə bu işi BÖYÜK PATRON deyə bəhs etdiyi baş nazir Tayyib Ərdoğanın əli ilə gördüyünü deyir.

Bir başqa səs yazısında isə nazir Əroğan Bayraktarın Ali Ağaoğluna " Ali sən vecinə alma, necə istəyirsən elə də elə" dediyi bildirilir.


1599 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi