Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2016

Babasilin inkişafının qarşısını almaq üçün 6 SADƏ MƏSLƏHƏT

Mütəxəssislər deyir ki, babasilin qarşısını almaq onu müalicə etməkdən daha asandır. Proktoloqların sadə məsləhətləri sizə bu işdə yardım edəcək:

1. Düzgün qidalanın. Bu həm babasilin profilaktikasında, həm də müalicəsində böyük rol oynayır. Qidalanmadan qızardılmış, hisə verilmiş, marinada qoyulmuş, çox acı, ədviyyatlı qidaları, yarımfabrikatları, fast-fud qidaları çıxartmaq lazımdır. Qidalanmanıznda çoxlu meyvə-tərəvəz, yarmalar, süd məhsulları olmalıdır.
Liflərlə zəngin olan meyvə-tərəvəz və süd məhsulları bağırsaqların boşalmasını asanlaşdırır.
2. Kifayət miqdarda təmiz su için. Buna əks-göstərişlər yoxdursa, gündə 8 stəkan təmiz su içmək lazımdır. Bu bağırsaqların normal fəaliyyəti üçün ən vacib amillərdən biridir.
3. Qəbizlik və ishal vaxtında müalicə olunmalıdır. Həm xroniki qəbizlik, həm də xroniki ishal babasilin inkişafına təkan verə bilər.
4. Daha az oturun, daha çox hərəkət edin. Oturaq həyat tərzi kiçik çanaqda qan dövranının pozulmasına səbəb olur, damarlarda təzyiq qalxır. Bu isə babasilə gətirib çıxarda bilər.
5. Spirtli içkilərdən və siqaret çəkməkdən imtina edin.
6. Gigiyena qaydalarına əməl edin./sağlamolun/
596 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
<