Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2013

Rusiyada yəhudi mərkəzinə donuz kəlləsi atılıb

Rusiyanın Krasnodar diyarında Yəhudi icması mərkəzinin binası yeni ilqabağı təhqir edilib.

Lent.az-ın nyusru-ya istinadən məlumatına görə, mərkəzin divarına qırmaqdan donuz kəlləsi asılıb. Bundan başqa mərkəzin binasının divarına ingilis dilində Happy Tu B'Shevat! Jewish pigs! (Xoş Tu bi-Şvata, yəhudi donuzları) yazılıb.

Tu bi-Şvat -yəhudilərin Yeni il ağacının bayramıdır. Ötən bu il bu bayram yanvarın 26-da qeyd edilib. 2014-cü ildə isə yanvarın 16-də keçiriləcək. Bu tarixdən sonra yetişən bitkilər yeni il meyvəsi sayılır.

Həmin gün yəhudilər ağac əkir, 30-dək çeşidli meyvəni dadır. Bayram tədbirində süfrəyə mütləq şəkildə buğda, arpa, üzüm, əncir, nar, zeytun və püstə qoyulmalıdır.
1790 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.17, 14:42
Şəhidimiz dəfn edildi
14.12.17, 14:42
Ordumuz şəhid verdi
14.12.17, 09:31
İSRAİLİN SONU - VİDEO
13.12.17, 11:31
“WhatsApp”dan 4 yenilik
12.12.17, 09:57