Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2016

Bərdədə dəhşət - 24 yaşlı gənci maşınında yandırdılar

Mayın 7-dən 8-ə keçən gecə Bərdədə 24 yaşlı oğlanı yandıraraq öldürmək istəyiblər.


Hadisə rayonun Piyadalar kəndində qeydə alınıb.

Kənd sakini 1992-ci il təvəllüdlü Bayramov Salman Tahir oğlu kəndin qəbiristanlığına yaxın sahədə tanımadığı insanlar tərəfindən döyülüb. S. Bayramov daha sonra öz avtomobilinə qoyulub, avtomobil benzin tökülərək yandırılıb. Kənddən bir nəfər atlı qəbiristanlığa çatanda sahədə avtomobilin yandığını görüb, inilti səsini eşidib. O, S.Bayramovu maşından çıxaraq təcili tibbi yardım maşınının köməkliyilə xəstəxanaya çatdırıb. S.Bayramovun vəziyyəti ağırdır.

İlkin versiya odur ki, S. Bayramovun mal bazarında mal-qara satdığını və üzərində 3-4 min manat pul olduğunu bilən şəxslər qarət məqsədi ilə bu hadisəni törədiblər./apa/
656 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi