Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2013

Türkiyədən gözlənilən ifşa

Azərbaycan hakimiyyəti həbs edilən gömrük rəisinin arzuolunmaz ifadələr verəcəyindən narahatdır

İqtidar ideoloqları proseslərin gedişindən asılı olaraq məsələni ən aşağı səviyyələrdə bitirməyi düşünür
Azərbaycan iqtidarı Türkiyədə həbs edilən Sədərək gömrüyünün rəisi Mirməhəmməd Seyidovun istintaqa verəcəyi ifadələrdən narahatdır. Doğrudur, artıq məlumat yayılıb ki, gömrük rəisi ifadə verib və Azərbaycan iqtidarı üçün ciddi başağarısına səbəb olacaq bilgilər verib. Bu məlumat hələ təsdiqlənməsə də, Mirməhəmməd Seyidovun istintaqa Azərbaycan hakimiyyəti üçün arzuolunmaz ifadələr verəcəyi istisna deyil.
Hər halda Türkiyədə başlanan “böyük rüşvət” əməliyyatları kifayət qədər ciddi məsələdir. Mirməhəmməd Seyidov da Azərbaycanda yox, Türkiyədə dindirilir. Nəzərə alsaq ki, bu əməliyyatlar hətta Türkiyənin baş naziri Ərdoğanın iradəsindən kənardır. O zaman Azərbaycan hakimiyyətinin istintaqa təsir imkanları, Mirməhəmməd Seyidovun isə verilən suallardan yayınması sıfıra bərabərdir. Hər bir halda Türkiyə hüquq-mühafizə orqanlarının Mirməhəmməd Seyidovun gömrükdəki “əməliyyatlarının” özfəaliyyət olmasına inanacağı ağlabatan deyil. Digər tərəfdən Mirməhəmməd Seyidovla birgə həbs edilənlər də var. Onlar nələrisə açıqlaya bilər. Beləliklə, Azərbaycan hakimiyyəti bütün bunları nəzərə alaraq ifşa təhlükəsindən təşvişə düşüb və müəyyən addımlar atmaq barədə düşünür. Məlumatlara görə, hakimiyyət məsələni ən aşağı səviyyədə bitirmək istəyir. Bildirilir ki, hələlik Naxçıvan Gömrük Komitəsinin rəhbərliyinin qurban verilməsi qərara alınıb. Lakin məsələ dərinləşsə siyahıya Dövlət Gömrük Komitəsinin rəhbərliyi də əlavə edilə bilər.
Xatırladaq ki, Mirməhəmməd Seyidov dekabrın 17-də Türkiyə polisinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşlarının Naxçıvanla sərhəddəki Dilucu sərhəd-keçid məntəqəsində keçirdiyi irimiqyaslı əməliyyat nəticəsində həbs edilib.
Sədərək gömrüyünün rəisinin Ərzurumdakı həbsxanada saxlanıldığı bildirilir./azadlıq/
1731 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber