Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2016

Gəncədə ər keçmiş həyat yoldaşını öldürdü

Gəncədə qətl hadisəsi törədilib.

Hadisə mayın 8-də axşam saatlarında 31 saylı orta məktəbin yaxınlığında qeydə alınıb.

Gəncə şəhər sakini, 28 yaşlı Rövşən Ələsgərov küçədə keçmiş həyat yoldaşı 23 yaşlı Səmra Həsənovaya çoxsaylı bıçaq zərbələri endirərək ağır yaralayıb. Qadın dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümükün olmayıb.

Hüquq hühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisə yerindən qaçan R.Ələsgərov saxlanılıb. Məlumata görə, bir neçə il əvvəl boşanan R.Ələsgərovla S.Həsənovanın 2 azyaşlı oğlan övladları var./apa/
555 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:49