Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2016

Eldar Mahmudovun Nardaranda hektarlarla torpaq sahəsi var

MTN işi çərçivəsində Eldar Mahmudovun əmlakı barədə aparılan araşdırmalar nəticəsində bəlli olub ki, ona və yaxınlarına məxsus hektarlarla torpaq sahələri var. Azadlıqa daxil olan məlumata görə, bu torpaqların bir hissəsi Naradaran qəsəbəsindədir. Məlumatda deyilir ki, Nardaran qəsəbəsində torpağın sahəsi bir neçə hektardır. Torpaq sahəsi daş hasara alınıb. Lakin orada hər hansı tikilinin olub-olmadığı bəlli deyil. Məlumatda deyilir ki, Eldar Mahmudova məxsus torpaq sahəsinin qonşuluğunda iri məmurların bağ evləri yerləşir.

Keçmiş MTN şefinin bu torpaq sahələrini necə aldığı da bəlli deyil. Lakin belə iddialar var ki, bu sahələrin bəziləri təhdid yolu ilə ələ keçirilib.

Qeyd edək ki, MTN işi ilə bağlı araşdırmalar başlanarkən Eldar Mahmudovun nəzarətində çoxsaylı şirkətlərin, maşın salonlarının, mənzillərin, villaların olduğu üzə çıxmışdı.
548 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP