Şrift ölçüsü:
A+
A
A-
Kr
10 May 2016

Hesabatlarda villa və şirkətlər kimin adına yazılacaq?

«Açıq Hökumət» sisteminə keçid hökumətin özündən başlamasa…

Bildiyiniz kimi ölkə başçısı Ilham Əliyev “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edib. Fəaliyyət planı açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsini, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqini, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsini, sahibkarların hüquqlarının müdafiəsini nəzərdə tutur.

Sərəncama görə, mərkəzi və yerli icra hakimiyyəti orqanları fəaliyyət planında nəzərdə tutulan tədbirlərin icrası barədə hər il dekabrın 30-dək Nazirlər Kabinetinə və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabat təqdim edəcək. Nazirlər Kabinetinə tapşırılır və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilir ki, fəaliyyət planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini mütəmadi təhlil etsinlər və bu barədə prezidentə məlumat versinlər.

Ilk gündən bu Fəaliyyət Planına münasibətimiz bildirmişik və bundan əvvəlki proqramlar, sərəncamlar, fərmanlar kimi “Açıq Hökumət” planının da kağız üzərində qalacağını yazmışıq. Qeyd etmişik ki, şəffaflığın təmin olunması, korrupsiyanın kökünün kəsilməsi üçün ilk növbədə siyasi iradə olmalıdır. Siyasi iradə olmadan, hökumətin başında oturanların tərcümeyi-halı təmizlənmədən hər hansı uğura nail olmaq mümkün deyil. Həm də hökumətin müsbət istiqamətdə hər hansı real addımı hiss olunmur. Birinci devalvasiyadan sonra saysız-hesabsız vədlər verilib, amma nəticə vəziyyətin daha da ağırlaşmasıyla müşahidə olunur.

Amma hökumət israrla “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”nın təbliğatını aparır və inandırmaq istəyirlər ki, bu məsələdə səmimidirlər.

Əgər doğrudan da belədirsə, onda hökumət ortaya nümunlər qoysun. Söhbət şəffaflığın təmin olunmasından, hesabatlı hökumətdən gedirsə, deməli məmurlar gəlirləri haqqında məlumat verməlidir, ortaya çıxan faktlara münasibət bildirilməlidir.

Məsələn, son günlər hakim ailəylə bağlı mühüm faktlar ortaya çıxıb. Məlum olur ki, hakim ailənin ofşor şirkətlərdə milyardları, ölkə başçısının qızının Londonda milyonluq mülkləri var. Təbii ki, bundan öncə də dəfələrlə belə faktlar ortaya çıxıb, Dubaydan tutmuş, Vircin adasına qədər hakim ailənin sərvəti haqqında dünya mətbuatında materiallar dərc olunub. Amma hökumət “Açıq Hökumət” sisteminə keçdiyini indi iddia edir və biz də heç olmasa son olaraq ortaya çıxan faktlara münasibət bildirilməsini istəyirik.

Məsələ bununla da bitmir. Ölkənin müxtəlif yerlərində “milyonerlər məhləsi” var və bu milyonerlər iri məmurlardan ibarətdir. Məlumdur ki, prezidentdən sonra ən çox əmək haqqı alan nazirlərdir və onların da maaşı 2000 manat ətrafındadır. Ona görə də şəffaflıq sevdasına düşən hökumətimiz məmur maaşıyla milyonluq villaların necə əldə edildiyini, bu adamların qısa müddətdə hansı yollarla aşırı varlandığını xalqa açıqlamalıdılar. Ölkənin istənilən bölgəsində iri məmurların qəsrləri, obyektləri var. Elə nazir var ki, şirkətlərinin sayı 200-ü ötüb, elə məmur var ki, evinin sayı 300-ə yaxınlaşır, elə məmurlar var ki, Avropanın müxtəlif yerlərində holdinqləri var.

Demək istəyirk ki, ölkə başçısı Açıq Hökumətlə bağlı Fəaliyyət Planınında səmimidirsə, özünün və məmurlarının gəlirləri haqqında xalqa açıqlama versin. Qanunla bizneslə məşğul olmaq ixtiyarı olmayanalrın hansı əsasla biznesmenə çevrildiyinin izahatını versin?

Əgər icra başçısından tutmuş, ölkə başçısına qədər hər kəs gəlirləri haqqında məlumat verməyəcəksə, milyonerə çevrilmiş məmurların korrupsiya fəaliyyətləri ortaya çıxarılmayacaqsa, “Açıq Hökumət”ə də bir “quş”.

Maraqlıdır, gəlirlərlə bağlı hesabat veriləndə villalar, şirkətlər, avtomobillər kimin adına yazılacaq? Bu qədər var-dövləti gizlətmək necə mümkün olacaq?/azadliq/
486 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı