Şrift ölçüsü:
A+
A
A-
Kr
10 May 2016

8 nəfəri döyüb xəstəxanalıq etdi

İzmir nəqliyyatında baş verən kiçik bir anlaşılmazlıq böyük davaya çevrilib. 4 qat dünya, 9 dəfə Türkiyə çempionu olan kik-boksçu Cəsur Turğay 8 nəfəri döyərək, xəstəxanaya düşmələrinə səbəb olub.

Hadisə baş verən zaman C.Turğay maşınını sağ tərəfə çəkərək alış-veriş torbalarını baqaja qoymaq istəyib. Bu zaman Turğayın yanında maşın dayanıb, onun içindən beş nəfər düşərək, çempionla mübahisəyə başlayıb. Bu şəxslərin sərxoş olması yayılan məlumatlar sırasındadır. Turğay gələnlərin hər birini tək yumruqla yerə yıxıb və zədələnmələrinə səbəb olub. Onlardan bir neçəsi xəstəxanaya aparılıb və müalicə olunublar. Baş verən xoşagəlməz hadisədən sonra kik-boksçu döydüyü adamlara xəstəxanada baş çəkib və gedəndə bir gül də alıb. Səmimi bir atmosferdə baş tutan ziyarət zamanı həmin şəxslər də Turğaydan üzr istəyiblər.

Çempion baş tutmuş bu görüş haqda aşağıdakıları deyib: “Onlara ”keçmiş olsun" diləklərimi çatdırdım. Onlar da məndən üzr istədilər. Sərxoş olduqlarını, bu səbəbdən də səhv etdiklərini bildirdilər. Hamısı ilə dostlaşdıq".
582 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP