Şrift ölçüsü:
A+
A
A-
Kr
10 May 2016

Nəcəf şəhərində İsrail casusu saxlanılıb

İraq təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, Nəcəf şəhərində İsrail casusu tutulub. İraqa Amerika pasportu ilə daxil olan casus özünü jurnalist kimi təqdim edib. İraq Təhlükəsizlik Xidməti ölkəyə daxil olduğu andan İsrail casusunu izləyib və onun kimliyi müəyyənləşdirilib. Amerikanın təzyiqləri altında İraq məhkəməsi bu şəxsin azad olunması ilə bağlı hökm verib. Daxili İşlər Naziri cinayətkarın buraxılmamasını tələb etsə də, İraq rəsmilərinin göstərişi ilə İsrail casusu ABŞ nümayəndələrinə təhvil verilib.
Qeyd edək ki, bu ilk dəfədir ki, İsrail casusu İsrail şəxsiyyəti ilə tanınaraq saxlanılmışdır.
Bəzi xəbərlərə əsasən, Nəcəf Təhlükəsizlik Xidmətinin rəisi bu hadisəsən sonra öz vəzifəsindən kənarlaşdırılmışdır.
Son günlərdə İsrail casuslarına məxsus bir mənzil Kazimeyn şəhərində İran Təhlükəsizlik qüvvələri tərəfindən aşkar edilmişdir.
624 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<