Şrift ölçüsü:
A+
A
A-
Kr
10 May 2016

İran S-300-ləri silahlanmaya qəbul etdi

İran ordusu S-300 raketdən müdafiə sistemlərini silahlanmaya qəbul edib.

Bunu jurnalistlərə açıqlamasında İranın Müdafiə naziri Hüseyn Dehqan söyləyib. Onun sözlərinə görə, İran həmçinin S-300-ə oxşar sistem olan yeni layihəni 2016-2017-ci illər ərzində reallaşdıracaq.

Qeyd edək ki, İran bundan öncə yeni “Bavər 373” komplekslərini hazırladığını bəyan edib. Həmin komplekslərin işlənməsində artıq son mərhələ icra edilir.

Rusiya İrana S-300 sistemlərini bu ilin aprelində verib.
876 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber