Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2016

ABŞ Rusiyanın “S-300” komplekslərinin İrana satışına qarşı çıxış edib

ABŞ Rusiyaya məxsus “S-300” zenit-raket komplekslərinin İrana satılmasının əleyhinədir. “TASS”ın verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Elizabet Trüdo bildirib.

Bununla belə o əlavə edib ki, ABŞ bunu Tehranın nüvə proqramına dair sazişinin və BMT TŞ-nin qətnamələrinin pozulması kimi qiymətləndirmir.

“Biz Rusiyanın “S-300” zenit-raket komplekslərinin İrana satılmasına dair xəbərlərdən məlumatlıyıq. Biz daha əvvəl “S-300” komplekslərinin İrana satılmasına qarşı olduğumuzu bildirmişik. Dövlət katibi Rusiyanın XİN rəhbəri Sergey Lavrovla görüşlərində bu məsələni dəfələrlə qaldırıb. Bununla belə, biz bu komplekslərin tədarükünə qarşı olsaq da, buna Tehranın nüvə proqramına dair sazişinin və BMT TŞ-nin 2231 saylı qətnaməsinin pozulması demək olmaz”, - deyə o bildirib.

Qeyd edək ki, İran İslam Ordusu Rusiyanın tədarük etdiyi “S-300” komplekslərinin istifadəsinə başlayıb.
565 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:53