Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2016

Nigeriya ordusu tərəfindən övladlarının necə öldürüldüyü Şeyx Zəkzakinin öz dilindən

Bir müddət öncə Nigeriya şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzaki ilə bir neçə tanınmış ictimai xadimin görüşü olub, görüşdə Şeyx Zəkzaki oğlanları Həməd və Humidin Nigeriya ordu qüvvələri tərəfindən necə şəhid edildiklərini açıqlayıb.

Nigeriya İslami Hərəkatının üzvlərindən Harun Əl-Binavi deyib ki, Şeyx Zəkzaki ilə görüşənlər bildirib ki, ordu qüvvələri Həməd və Humidi ata və anasının gözləri qarşısında vəhşicəsinə qətlə yetiriblər. “Görüşdə Şeyx Zəkzaki deyib ki, Həməd (15 yaş) Nigeriya ordu qüvvələrinin bir başa açdığı atəş nəticəsində boynundan güllə yarası aldı və şəhid oldu. Humidin isə (13 yaş) açılan güllə başından dəydi və beynini parçaladı və beləcə şəhid oldu”

Məlumata görə, Şeyx İbrahim Zəkzaki ilə görüşənlər deyib ki, Zəkzaki övladlarının ölümü haqda danışarkən çox soyuqqanlı və sakit idi.

H.Əl-Binavi deyib ki, Şeyx Zəkzaki və həyat yoldaşı aldıqları yaraya görə, hələdə müalicə alır və Şeyx Zəkzakinin sol gözü zədə alıb.

Görüşdə Şeyx Zəkzaki 2015-ci il dekabrın 14-də baş verənlərlə bağlı deyib ki, ilk öncə ordu mən və ailəm evin içərisində olduğumuz halda bizi öldürmək məqsədi ilə evimizi yandırdılar. “Yanğına görə, evdə işlənilən dəmir avadanlıqlar ərimişdi, Allahın yardımı ilə biz yanğından sağ çıxa bildik. Səhərisi gün casuslar xəbər vermişdi ki,biz evin içərisindəyik. Ordu evə hücum çəkdi evi dəli kimi atəşə tutdular. Evdə mən, yoldaşım və 12 nəfərə yaxın insan var idi. Onlardan bəzisi şəhid oldu,bəzisi həbs olundu”, -deyə Şeyx Zəkzaki görüşdüyü şəxslərə bildirib.

Qeyd edək ki, "Amnesty International" beynəlxalq hüquq-müdafiə təşkilatı Nigeriya ordusunun 2015-ci ildə şiələrin qətliamı zamanı törətdiyi cinayətlərin üstünü açıb.
"Amnesty International" öz hesabatında bəyan edir ki, Nigeriya hərbçiləri ölkədə fəaliyyət göstərən İslam Hərəkatı icmasının sıralarında qadın və uşaqların da olduğu 350 üzvünü güllələyərək yandırıb və gizli şəkildə dəfn ediblər.

Xatırladaq ki, 2015-ci ilin dekabrın ortalarında Nigeriya ordusu Zarya şəhərində şiələrin toplaşdığı Bəqiyyətullah hüseyniyyəsi və Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzakinin evinə hücum edib. Hücum zamanı Şeyx Zəkzaki yaralanıb və həbs olunub. Onun 3 övladı şəhid edilib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zarya şəhərinə hücum zamanı ən az 300 Əhli –Beyt (ə) tərəfdarının öldürüldüyünü elan ediblər. Bəzi məlumatlara görə, hücum zamanı 1000 –dək şiə qətliam olunub.

Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır.

Nigeriyanın müxtəlif şəhərlərində Əhli-Beyt (ə) tərəfdarları dəfələrlə etiraz aksiyaları keçirərək Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzaki və digər məhbusların azadlığa buraxılmasını tələb ediblər./maide/
527 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber