Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2016

Fransanın sabiq baş naziri: Ərəbistan vəliəhdi Legion Ordeni istəyir

Fransa mediasına istinadən verdiyi xəbərə əsasən, Fransua Filyon öz şəxsi Twitter səhifəsində ölkə prezidentinin xarici siyasətini və Səudiyyə Ərəbistanından qeyri-məntiqi asılılığının artmasında yol verdiyi səhvləri tənqid etməklə yanaşı Fransanın ən böyük medalının Ərəbistan vəliəhdinə verilməsi ilə bağlı sirri açıqlayaraq deyib: “Ollandın sosialist dövləti iqtisadi problemlərin həllini xarici ölkələrlə, xüsusən Ərəbistanla əlaqələrin möhkəmlənməsində görür. Elə bu səbəbdən ərəblərin silah alveri, Ərəbistanın daxili işləri, Yaxın Şərqdə siyasətləri qarşısında göz yumur və hətta dəstəkləmək məcburiyyətində də qalıb. Bu məsələ Fransanın dəyərlərinə zidd olan bir məsələdir.
Olland ölkənin xarici siyasətini Səudiyyənin dollarlarına asılı vəziyyətə gətirib. Fransa dövləti demokratiya və insan haqlarını unudub. Hətta vəziyyət o yerə çatıb ki, dövlət, Ərəbistan vəliəhdlərindən olan Muhəmməd bin Nayifin Fəxri Legion ordeni istəyinə də yox deyə bilmədi. Ərəbistan tərəfi bu medalın alınmasını, iki ölkə arasında bağlanmış 3 milyardlıq silah alverinin şərti olaraq təyin edib.
461 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber