Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2016

Rusiya ən güclü raketinin sınağını təxirə saldı

Rusiya “Sarmat” qitələrarası ballistik raketinin sınağını bu ilin ikinci yarısında keçirəcək.

Bu barədə informasiyanı “Kommersant” qəzeti yayıb. Sınağın keçirilməsinə əsas maneə raketlə bağlı yaranan problem olub.

Qeyd edək ki, bundan öncə rəsmi Moskva sınağın bu ilin birinci yarısında baş tutacağını bəyan edib.

“Sarmat” raketi P-36 “Satana” raketinin bazasında yaradılıb və onun daha modern versiyası hesab olunur. Bu raket beşinci nəsil raketlər sırasına aiddir. Üstəlik, “Sarmat” raketdən müdafiə sistemlərindən qaçmaq imkanına malikdir. Rusiya 2018-ci ildə raketi silahlanmaya qəbul etmək niyyətindədir. Moskva həmçinin 2020-ci ilə qədər bütün P-36 “Satana” raketlərini “Sarmat”la əvəz etmək istəyir./axar/
525 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber