Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2016

Tale Bağırzadə ev dustaqlığına buraxılmadı

“Mən özümü həbsdə də çox azad hiss edirəm. Bizim mübarizəmizin əsas məqsədi ölkədə demokratiyanın, insan hüquq və azadlıqlarının bərqərar olması, insanların azad firəvan yaşamasını təmin etməkdir”.
Bu sözləri ilahiyyatçı Taleh Bağırov mayın 11-də məhkəmədəki çıxışında bildirib.
Nəsimi rayon Məhkəməsinin hakimi Şəlalə Həsənovanın sədrliyi ilə Taleh Bağırovun barəsindəki həbsin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət təmin edilməyib
Taleh Bağırov məhkəmədəki çıxışında bildirib ki, istəyirik heç kəs düşüncəsinə, sərbəst, dinc toplaşmaq azadlığından istifadəyə və ifadə etdiyi fikirlərə görə təqib olunmasın.
Daha sonra Taleh Bağırov hakimə müraciət edərək: “Biz həmçinin sizin azadlığınız üçün çalışırıq. İstəyirik ki, qərar qəbul edərkən məruzəyə yox, öz daxili inamınıza əsaslanaraq qərar qəbul edəsiniz.”
Onun vəkili Elçin Sadıqov bidirib ki, Nəsimi rayon məhkəməsinin qərarını qanunsuz və əsassız hesab edir: “Bu qərardan apellyasiya şikayəti verəcəyik. Apellyasiya şikayətimiz təmin olunmadığı təqdirdə Avropa Məhkəməsinə şikayət edəcəyik” (meydan tv).
563 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:22