Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2016

Son 5 ildə Azərbaycanda ən populyar uşaq adları Yusif və Zəhradır

Son beş ildə Azərbaycanda doğulan oğlan uşaqlarından 17468-nə Yusif, 11815-nə Əli, 7520-nə isə Məhəmməd adı verilib

Ədliyyə Nazirliyindən verilən məlumata görə, son beş ildə doğulan qız uşaqlarından 16715-nə Zəhra adı qoyulub.

Qız uşaqlarından 12736-nə Nuray, 12045-nə Fatimə, 7885-nə Zeynəb, 7978-nə Ayan, 6211-nə Xədicə, 4203-nə isə Dəniz adı verilib.

Bundan başqa qız uşaqlarına verilən adlar arasında Yağmur (3667), İnci (2837), Əsma (2319), Banu (1902), kimi adlar üstünlük təşkil edib.

Oğlan uşaqlarına qoyulan adlar arasında isə Uğur (4269), Tunar (3667), Ümid (3143), Raul (1667), Murad (7296), Ayxan (5312), Kənan (4714) kimi adlar daha çoxdur.
849 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber