Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2016

Rusiya DÇ-2018-in keçirilməsinə 10 mlrd. dollar xərcləyəcək

Rusiyada futbol üzrə 2018-ci il dünya çempionatının keçirilməsi və hazırlıqlarına xərclənəcək vəsait 10 milyard dollardan çox təşkil edəcək.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə "Rusiya 2018" Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin məlumat verib.

"Biz dünya çempionatına hazırlıq və ondan sonra üçün tikiləcək bütün obyektlərə 10 milyard dollardan çox vəsait xərcləyəcəyik. Bu təkcə stadionlar və hava terminalları deyil — onların yarısı artıq hazırdır. Bu nəhəng işdir. Biz gecikməyəcəyik, hər şeyi vaxtında çatdıracağıq. FİFA turnirdən əvvəl hər bir stadionda tam gücü ilə üç oyun keçirməyi tələb edir, bunu da edəcəyik", - deyə Sorokin bildirib.
501 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı