Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2016

20 yaşlı gənci bıçaqlayıb qaçdılar

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Şəhərin Təcili Tibbi Yardım Stansiyasından ans-ə verilən məlumata görə, şəhərin V. Xuluflu küçəsində yaşayan 1990-cı il təvəllüdlü Xaliq Mahir oğlu İsmayılov bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Üzərində cərrahiyyə əməliyyat aparılan yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

Aparılan araşdırmalar nəticəsində X. İsmayılovin şəhərin Nizami küçəsində 26 yaşlı Fuad Əhmədov tərəfindən bıçaqlandığı müəyyən edilib və saxlanılıb. Hələlik hadisənin başvermə səbəbləri bilinmir. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır. Ölkə ərazisində sonuncu bıçaqlanma hadisəsi ötən gün axşam saatlarında Lənkəran şəhərində baş verib.

Şəhər sakini 15 yaşlı Yunus Elşad oğlu Əzimzadə naməlum şəxs tərəfindən bıçaqlanıb. Bıçaqlanma hadisəsi Xəzər dənizi sahilində qeydə alınıb. Yaralı Yunus Əzimzadə Lənkəran mərkəzi rayon xəstəxanasına çatdırılıb.
500 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:24
Putindən