Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2016

Aprel döyüşlərində yaralanan tankçımız komadan ayıldı - FOTO

Aprel döyüşlərində başından ağır yaralanan “Rembo” ləqəbli tankçı, Goranboy rayonundan olan Razi Cavadov komadan tam ayılıb. Bu barədə jurnalist Aqil Aslan məlumat yayıb.

O bildirib ki, düşmənin snayper gülləsindən ağır zədə almış yaralı hərbçimiz artıq reanimasiyadan palataya köçürülüb: “Bir aydan çoxdur ki, ata yolu gözləyən uşaqları, ailəsi nəhayət hospitalda Razini görə bilib, onunla söhbət edə ediblər. Ailəsinə, Razi üçün dua edən hər kəsə yaşatdıqları bu sevincə görə Allah bütün həkimlərdən, tibb bacılarından razı olsun. Allah Raziyə şəfa versin!”.

Xatırladaq ki, başından ağır yaralanan "Rembo" ləqəbli Razi Cavadov 40 gündən çoxdur ki, koma vəziyyətində idi. Aprel ayında 4 günlük müharibə zamanı düşmən gülləsinə tuş gəlmiş hərbçimiz əvvəlcə Gəncədəki hospitala yerləşdirilmişdi. Ancaq onun vəziyyəti ağır olduğundan bir neçə gün sonra çətinliklə də olsa, Bakıya - Müdafiə Nazirliyinin Mərkəzi Hospitalına gətirilmişdi. Snayper gülləsi Razi Cavadovun gözünü və beynini dağıtdığından burada onun sol gözü əməliyyat olunub. Hazırda isə tankçımızın həyatı üçün heç bir təhlükə yoxdur, o komadan ayılıb, müalicəsi davam edir.

507 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54