Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2016

İranda saxlanılan ABŞ hərbçilərinin rütbələri alındı

ABŞ donanması yanvar ayında Fars körfəzində İran su sərhədlərinə daxil olduqları qısa müddət ərzində nəzarətə alınan 10 hərbçisinin rütbəsini azaldıb. ABŞ donanmasından verilən yazılı açıqlamada ordunun hadisə zamanı komandir Erik Raskın etimadı itirdiyi qeyd edilib. Donanma səlahiyyətlisi komandana başqa mövqedə tapşırıq verildiyini desə də, yeni vəzifənin nə olduğuna dair təfərrüat verməyib. Qeyd edək ki, yanvar ayında İran su sərhədlərinə daxil olan ABŞ gəmisindəki biri qadın olmaqla 10 Amerika hərbçisi İran Dəniz Qüvvələri tərəfindən saxlanılıb. İran ABŞ-ın sərhəd pozuntusu səbəbindən üzr istədiyini qeyd edib və Vaşinqtonla Tehran arasındakı diplomatik danışıqlardan sonra 15 saat nəzarət altında saxlanılan hərbçilər sərbəst buraxılıb. Rəsmi Tehran nəzarət altına alınan hərbçilərin ölkənin su sərhədlərini qəsdən pozmadığı məlum olduqdan və üzr istənildikdən sonra sərbəst buraxıldığını bildirib. ABŞ donanması cümə axşamı günü verdiyi açıqlamada Raskın fəal liderlik göstərmədiyini və bunun da donanmanın yanlış istiqamətləndirilməsinə və birliyindəki standartları qoruya bilməməsinə səbəb olduğunu qeyd edib./eastnews/
521 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır
Go to TOP