Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2016

11-ci sinif şagirdləri özünü məktəbin ikinci mərtəbəsindən atıb

Hadisə bu gün səhər saatlarında Biləsuvar rayon Cürəli kəndində baş verib. Məktəbin 2-ci mərtəbəsindən özlərini atdığı bildirilən 11-ci sinif şagirdləri Kәlbiyev Nürәddin və Mәmmәdov Fәrruxun rayon mərkəzi xəstəxanasına yerləşdirildiyi deyilir. “Azadlıq”a məlumat verən mənbə şagirdlərin vəziyyətinin ağır olduğunu bildirir.

Məktəbin direktoru Ələsgər Şahbazov və şagirdlərin sinif rəhbəri Yusif Mehdi də “Azadlıq”a açıqlamasında belə bir hadisənin baş verdiyini etiraf etdilər. Lakin onlar hadisəni intihar yox, başqa zəmində baş verdiyini bildirir. Sinif rəhbəri Yusif Mehdi: Belə bir hadisə baş verib. Lakin bunu intihar kimi dəyərləndirmək doğru deyil. Şagirdlər öz aralarında məktəbin ikinci mərtəbəsindən tullanmağla bağlı mərc gəliblər. Onlardan biri tullandıqdan sonra, digəri də onun arxasınca tullanıb. Hdisə belə olub. İntihar haqda yayılan məlumatlar yalandır”,- deyə sinif rəhbəri bildirib.
481 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16