Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2016

Heydər Əliyevin heykəlinə şüar yazan gənclərə 4 aylıq həbs

Xətai rayon Məhkəməsinin qərarı ilə Bayram Məmmədov və Qiyas İbrahimov barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Onlara Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələr ilə ittiham elan olunub.

Bayram Məmmədov ona işgəncə verildiyini, AzTV-yə çıxaraq heykəldən üzr istəməsini istədiklərini deyib. Bayram işgəncələrə baxmayaraq bunu etməyib.

Vəkil Elçin Sadıqovun dediyinə görə, Bayramın bədənində işgəncə izləri var.

***

Daxili İşlər Nazirliyi həbs edilən NİDA-çı gənclərlə bağlı məlumat yayıb.

Məlumatda (həmişə olduğu kimi) deyilir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə İdarəsi, Nəsimi RPİ 22-ci PB və Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində Qiyas İbrahimovdan 2,607 qram heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb.





561 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu