Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2016

Ərini öldürən qadın: "Hər zaman kişilərmi qadınları öldürəcək?"

Türkiyənin Ordu vilayətinin Altinordu rayonunda yaşayan 60 yaşındakı Semra Özata 19 yaşlı qızı ilə birlikdə həyat yoldaşı 75 yaşlı Rəcəb Özatanı qətlə yetirib.

Musavat xəbər verir ki, həbs olunub, məhkəməyə gətirilən qadının sözləri hamının təəccübünə səbəb olub.

Hakim qarşına çıxarılmaq üçün məhkəməyə gətirilərkən qadın məhkəmənin binasının qarşısında jurnalistlərə "Hər zaman kişilərmi qadınları öldürəcək? O, məni öldürəcəkdi, mən onu öldürdüm" - deyib.

Qeyd edək ki, qətlə səbəb kimi mərhumun qadını döyməsi, maliyyə sıxıntıları və ailədə olan söz-söhbət göstərilir. Buna görə də Semra Özata və onun 19 yaşlı qızı Tellenur Özata, Rəcəb Özatanı çörək bıçağı ilə qətlə yetiriblər.
472 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 16:25