Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2016

Argentinalı futbolçu ailəsinin gözü önündə güllələnib

Argentinalı futbolçu Rodriqo Espindola Buenos-Ayres əyalətinin Monte-Qrande şəhərində yerləşən evi yaxınlığında qarətə cəhd zamanı qətlə yetirilib. "Report" xəbər verir ki, polis cinayətin cümə axşamı gecə törədildiyini bildirib. "La Nacion" nəşrinin yazdığına görə, "Nueva Chicago" klubunun müdafiəçisi evinə yaxınlaşarkən quldurların hücumuna məruz qalıb.

Espindola həyat yoldaşı və altıaylıq körpəsinin gözü önündə güllələnib. Qarın nahiyəsindən yaralanan 26 yaşlı futbolçu hospitala çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
505 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP