Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2013

Kılıçdaroğlunun şok rüşvət sənədləri yayıldı

Ankara Böyükşəhər Bələdiyyə başçısı Məlih Gökçək, Kılıçdaroğlunun keçmişlərdə rüşvət aldığını iddia edib.

Avropa.info-nun Türkiyə mətbuatna istinadən məlumatına görə, Gökçək tvitterdə: «Bir daha ayaqqabı qutusunu əlinə alsan sənə bu sənədləri yollayacağam»-yazıb.
Gökçək, Kılıçdaroğlu müdür olduğu vaxtlarda rentgen cihazinin 7 dəfə baha qiymətlə alındığının sənədini paylaşıb. Gökçək son günlərdə baş verən ictimai siyasi məsələyə də biganə qalmayıb. «Son günlər baş verən hadisələr ölkəmizin gələcəyini təhdid edir. İstintaqa təsir edəcək heç nə demək istəmirəm. Günahkar cəzasını çəkəcək. Məhkəmənin nəticələrini gözləmədən heç kimə damğa vurmarıq.»
Gökçək, Kılıçdaroğlunun Sosial Sığorta İdarəsinin (SSK) müdiri olduğu vaxlarda yol verdiyi yeyintinin sənədini paylaşarkən əlavə edib: «Kılıçdaroğlu korrupsiyadan danışır. Kamal Kılıçdaroğlu bu mövzuda danışacaq son adamdır. Bu gündən etibarən sizin keçmişinizlə bağlı hər şeyi bir-bir açacağam. Bunlar ilk sənədlərdir. Özünüz baxın 3 il ard-arda eyni cihazı hansı qiymətə alıb. Mənə bunun hesabını verəcəksən, qaçma.»
Türkiyədə tvitter sosial şəbəkəsinin fəal üzvü kimi tanınan Məlih Gökçək sənədləri təhlil etməyi də unutmayıb: «1 ədəd 300 MA-lık rentgen 1993-cü ildə 350 000 000 lirə, 1994-cu ildə 1 ədədi 2 434 615 384 lirə. Üstəlik bu cihazlardan 17 ədəd alınıb. İndi izah gözləyirəm bu cihaz 350 000 000 lirədən 2 434 615 384 lirəyə necə gəldi? Rüşvət yeyinti barəsində heç olmasa sən danışma.» yazıb.
1461 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.