Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2016

Günün fotosu - Sözün aciz qaldığı an

Günün fotosu budur.

Bu şəkil Şəkinin Kiş kəndində çəkilib. 

Şəhid anasıdır. Oğluyla güllə sözünü bir cümlədə işlətməzdi, "kiş-kişlər olsun" deyərdi.

O güllə bu ananı balasından ayırıb. 

İndi o, oğlunun çəkməsini iyləyir. Oğlunun iyini almaq istəyir.

O, bəlkə də bu cür edən ilk ana deyil. Başqa şəhid anaları da oğullarından qalan əşyanı, paltarı iyləyərlər - son təsəlli kimi.

Bu hərəkəti tibb elmi izah edə bilməz. Heç bir elm izah edə bilməz bunu.


Bu, faciənin şəklidir.

Bu böyük kədərin fotosudur.

Bu, ürəyi parçalanmış bir ananın aksiyasıdır.

Bu, bədbəxtliyin rəsmidir. 

Bu, dəhşətdir. 

/musavat/
877 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.12.17, 14:42
Ordumuz şəhid verdi
14.12.17, 09:31
İSRAİLİN SONU - VİDEO
13.12.17, 11:31
“WhatsApp”dan 4 yenilik
11.12.17, 19:40