Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2016

Türkiyədə həyəcan: Dəhşətli zəlzələ gözlənilir

Son 14 gündə Aralıq dənizində 65 dəfə zəlzələ olub.

Türk mütəxəssislər belə qısa müddət ərzində bu qədər zəlzələ olmasını təhlükəli vəziyyət kimi qiymətləndiriblər. Onlar son günlərdə tez-tez hiss olunan təkanların dəhşətli bir zəlzələnin xəbərçisi olduğunu deyiblər.

Professor Əhməd Ərcan növbəti 2 il ərzində Türkiyədə 7 baldan çox zəlzələ olacağını açıqlayıb.

Qeyd edək ki, 1999-cu il avqustun 17-də Türkiyənin İzmit şəhərində baş verən 7,6 bal gücündə zəlzələ zamanı 17 min 217 nəfər həlak olub, 43 min 959-u isə yaralanıb. Hadisə zamanı 500 min nəfər evsiz-eşiksiz qalıb.
493 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber