Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2016

Suriya ordusunun əks-hücumunda İŞİD onlarla itki verdi

Ötən gün İŞİD terror təşkilatının Homsun şərqində yerləşən Tiyas aviabazasına hücumu Suriya ordusu tərəfindən dəf edilib, terrorçular ciddi itki verərək geri çəkilmək məcburiyyətində qalıblar. İŞİD terrorçuları ardıcıl ikinci gündür ki, Tiyas aviabazasının (T4) yaxınlığında hökumət qüvvələrinə hücum təşkil edir, lakin Suriya ordusunun müqaviməti qarşısında döyüş meydanından geri çəkilmək məcburiyyətində qalırlar. Suriya hərbi qüvvələri rus qırıcılarının dəstəyilə Homsun şərq hissəsində İŞİD mövqelərinə zərbələr endirib. Terrorçular Homs-Palmira avtomobil yolunun şimal tərəfindəki ərazilərdən geri çəkilməyə məcbur olub. Suriya ordusunun Rusiya hərbi hava qüvvələri ilə birgə əməliyyatında onlarla itki verən İŞİD Tiyas aviabazasının şimal-qərbindəki ərazilərdən geriyə sıxışdırılıb./Eastnews/
534 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber