Şrift ölçüsü:
A+
A
A-
Kr
15 May 2016

Venesuelada fövqəladə vəziyyət elan edildi

Venesuela prezidenti müstəsna-iqtisadi fövqəladə vəziyyət elan edib. Öz səlahiyyətlərini daha 60 gün müddətinə artıran Maduro fəaliyyətini dayandırmış zavod və fabriklərin dövlət tərəfindən müsadirə edilməsi sahiblərinin isə həbs olunmasını barədə fərman verib.

Prezident Karakasdan xalqa müraciətində ölkənin dərin iqtisadi böhrandan çıxması üçün istehsal vasitələrinin bərpasına ehtiyac olduğunu bəyan edib.

Maduro öz xüsusi səlahiyyətlərinin vaxtını uzatmaqla və ölkədə fövqəladə vəziyyət elan etməklə Venesuelanı xarici dövlətlərin müdaxiləsindən qorumağa çalışdığını bildirib.

O, potensial xarici təhdidlərə qarşı tədbirlərin gücləndirilməsi üçün gələn həftədən hərbi təlimlərə başlanacağını vurğulayıb.

Venesuela dünyanın aparıcı neft ölkələrindən olsa da, qlobal neft qiymətlərinin tənəzzülü, qara qızıldan asılı olan iqtisadiyyatı sarsıdıb. Təkcə ötən il iqtisadi geriləmə 5.7 faiz təşkil edib, rəsmi inflasiya səviyyəsinin 180 faizi ötdüyü bildirilir./ans/
477 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:17
<