Şrift ölçüsü:
A+
A
A-
Kr
15 May 2016

“Suyun da qiymətini qaldıran korrupsiyadır”

AXCP sədri Əli Kərimli əhali üşün “su pulu”nun 39% bahalaşdırılmasına münasibət bildirib. Əli Kərimli bu qərarı “Azərsu”da baş vermiş talançılığın yerini xalqın hesabına doldurmaq cəhdi adlandırıb. AXCP lideri feysbuk səhifəsində yazıb:

Xalq haqlı olaraq soruşur ki, suyun qiymətini niyə qaldırdılar? Suyu da xaricdən dollarlamı alırlar? Suyun da qiymətini qaldıran korrupsiyadır. “Azərsu” bu ölkədə ən korrupsiyalaşmış şirkətlərdən biridir. Bu şirkətdə korrupsiya o həddə çatdı ki, rəsmi dövlət orqanları da onu yeyintidə ittiham etdi. “Azərsu”dakı korrupsiyanı hətta Hesablama Palatası və beynəlxalq audit də təsdiq etmişdi. Vergilər Nazirliyi də şirkətin pis idarəetmə səbəbindən vergiləri ödəməməsindən şikayətçi idi. Bəli, belə bir soyğunçu idarəetmənin hesabı əlbəttə ki, sadə xalqa ödətdiriləcəkdi. Suyun qiymətini ona görə qaldırdılar ki, özlərinin dağıtdıqlarını yenidən xalqdan toplasınlar. Hər zaman belə olur. Unutmayaq, hakim komandanın korrupsiya yolu ilə əldə etdiyi vəsaitlər ya artıq bizdən oğurladıqlarıdır, ya da dövlətdən oğurlayıblar, bizə gələcəkdə ödətdirəcəklər.
553 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:22