Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2013

Türkiyə "Mavi Mərmərə" üçün tələb etdiyi yüksək təzminatdan imtina edib

Türkiyə “Mavi Mərmərə” hadisəsi ilə bağlı tələb etdiyi yüksək təzminatdan imtina edib.

SalamNews-un “Sözcü” qəzetinə istinadla verdiyi xəbərə görə, bu barədə İsrailin “Haaretz” qəzeti yazıb.

Qəzetdə Türkiyənin "Mavi Mərmərə" hadisəsi ilə bağlı tələb etdiyi təzminatın məbləğini azaldacağı yazılıb.

İsrailin dövlət səlahiyyətlisinə istinadla verilən xəbərdə ölkə Baş naziri Binyamin Netanyahunun bu yeni təklifə müsbət yanaşdığı qeyd edilir.

Qəzetdə, həmçinin deyilir ki, bu ayın əvvəlində Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) müşaviri Feridun Sinirlioğlu İstanbulda İsrail Milli Təhlükəsizlik İdarəsinin müşaviri və B.Netanyahunun məsləhətçisi ilə görüşüb. Görüşdə Türkiyə tərəfi "Mavi Mərmərə" basqınında ölənlər üçün İsraildən tələb etdiyi təzminatın miqdarını azaltmağı qəbul edib.
1838 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
Go to TOP