Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2016

Tramp: ABŞ-da 11 sentyabr hadisələri təkrarlana bilər

ABŞ-da 2001-ci il, 11 sentyabr hadisələri təkrarlana bilər.
 
RİA Novosti agentliyinin verdiyi məlumata görə, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp bəyan edib.
 
O, bunun səbəbini ölkədə sığınacaq tapan miqrantlarda görür: “Çox pis hadisələr baş verəcək. Ölkəmizə gələn miqrantlar hücumlar törədəcək. Mənim buna qətiyyən şübhəm yoxdur”.
 
Prezidentliyə namizəd ölkəyə qaçqınların gəlməsinə qarşı çıxıb. “Ölkəmizdə onlarsız da çətinliklər var. Biz Suriyadan qaçqın axınına imkan verməməliyik. Biz onları tanımırıq, nə məqsədlə gəldiklərini bilmirik. Bəlkə onlar İŞİD terrorçularıdır? Bildiyimə görə, ABŞ-a mobil telefonlarında İŞİD bayraqları əks olunan insanlar daxil olur. Indi biz onları təmtəraqla qarşılamalıyıq”, deyə D.Tramp bildirib.
 
Xatırladaq ki,  2001-ci il sentyabrın 11-də “Əl-Qaidə” terror təşkilatı ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata silsilə terror aktları keçirib. Hadisə nəticəsində 3 minədək insan ölüb./apa/


513 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:51